• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 noyabr 2026-cı il

    2026-cı il noyabrın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş «44 günlük müharibənin Zəfər yolu» adlı tədbir keçirilib.

    Tədbiri Tələbə Elmi Cəmiyyətinin sədri M. Babayeva açaraq Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, onların igidlik salnaməsini xüsusi vurğulayıb.
    Tədbirdə Tədris işləri üzrə prorektor, professor Nərminə Quliyeva, Elm və innovasiya məsələləri üzrə prorektor, professor Gülnaz Abdullazadə və Musiqi Tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə, dosent Ayandə Adilova iştirak ediblər.
    Tədbir çərçivəsində tələbələr Vətənə, 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərimizə həsr olunmuş məruzələrlə çıxış edib, eyni zamanda, rəngarəng musiqi proqramı təqdim olunub.
    Konsert proqramında Nuranə Salamova Üzeyir Hacıbəylinin «Sənsiz», Nərgiz Rəsulova Sevda Məmmədlinin «Laçın balladası»nı, Məhəmməd Allahverdiyev «Küçələrə su səpmişəm» xalq mahnısını, Əsmər Hacızadə isə Pikə Axundovanın «Salam, Şuşa!» əsərini fortepianoda ifa ediblər. Gənc ifaçıların təqdim etdikləri musiqi nömrələri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
    Tədbirdə Validə Hacıyeva, Asiman Civişova, Banu Həsənova, Gülcan Əhmədova, Nübar Ağaməmmədova, Bahar Hacızadə, Nərgiz Məmmədova, Lalə Kəmərli, Sevinc Hüseynova və Nəzrin Məmmədova Zəfər tariximizin müxtəlif aspektlərini əhatə edən məruzələrlə çıxış ediblər.
    Tədbirin xüsusi qonaqları qismində iştirak edən Samir Əsədli (tar), Əvəzxan Əzizov (xanəndə), İsmayıl Əkbərzadə (tar), Munir Məmmədov (kamança) və Elnur Sadıxzadə (nağara) milli musiqi sənətimizin zəngin ənənələrini əks etdirən ifalar təqdim ediblər. Onların ifasında səslənən «Qarabağ şikəstəsi» və «Çahargah» muğamı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
    Tədbir tələbələrin ifasında musiqi sənətimizin milli-mənəvi dəyərlərinin, Vətənə bağlılıq və Zəfər ruhunun bədii ifadəsinə çevrilərək yadda qalıb.