• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 oktyabr 2026-cı il

    30 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XX əsr musiqi sənətinin görkəmli nümayəndələrindən biri Dmitri Şostakoviçin (1906–1975) anadan olmasının 120 illiyinə həsr olunmuş

    “D. Şostakoviçin irsi: Zaman və musiqi”  adlı tələbə elmi-yaradıcılıq müsabiqəsi keçirilib.
    Müsabiqənin əsas məqsədi bəstəkarın zəngin yaradıcılıq irsinin, dünya və rus musiqi mədəniyyətindəki mövqeyinin, XX əsr musiqi təfəkkürünün inkişafına təsirinin tələbələr tərəfindən elmi araşdırmalar əsasında öyrənilməsi və təbliği olub.
    Müsabiqədə “Tarix nəzəriyyə” fakültəsinin tələbələri 11 elmi-tədqiqat işi təqdim edib və video-slaydlar nümayiş olunub.
    Müsabiqədə Nubar Ağaməmmədova, Nəzrin Məmmədova, Ayşən Rəfizadə, Sevinc Hüseynova, Neyjən Mustafayeva, Gülcan Əhmədova, Validə Hacıyeva fəal iştirakına görə Sertifikatla təltif olunublar.
    Müsabiqədə I yerə Zeynalova Qumral,
    II yerə Aytac İsgəndərli, III yerə isə iki tələbə Xanım Qocayeva və
    Sevgim Musazadə layiq görülüblər.
    BMA-nın Tələbə Elmi Cəmiyyəti gənc musiqiçilərin elmi potensialının üzə çıxarılması və yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.