• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 oktyabr 2026-cı il

    1–2 oktyabr 2026-cı il tarixlərində ADA Universitetində “Ali Təhsilin İnkişafı – Keyfiyyət Təminatı, Proqramların Hazırlanması və İnnovasiya” mövzusunda III ADA Simpoziumu keçirilib.

    Simpozium çərçivəsində ali təhsildə daxili keyfiyyət təminatı, akkreditasiya strategiyaları, təhsil proqramlarının hazırlanması, məzunların məşğulluğu və təhsildə süni intellektin tətbiqi kimi aktual məsələlər müzakirə edilib.
    Simpozium ali təhsil müəssisələrinin keyfiyyət təminatı sahəsində çalışan mütəxəssisləri üçün fikir mübadiləsi, təcrübə paylaşımı və əməkdaşlıq imkanları baxımından əhəmiyyətli platforma olub.

    Simpoziumda Bakı Musiqi Akademiyasını Tədris məsələləri üzrə prorektoru professor Nərminə Quliyeva, Tədris şöbəsinin Keyfiyyət Təminatı sektorunun mütəxəssisi Aygün Qəhrəmanova təmsil etmişlər.