• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyun 2026-cı il 

    “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında “Cavanşir Quliyevin yaradıcılığında milli musiqi alətləri” adlı elmi seminar laboratoriyanın elmi işçisi, dissertant Bəsti Kazımova tərəfindən keçirildi.

    Məruzəçi öz çıxışında Cavanşir Quliyevin yaradıcılığı, onun milli musiqi alətlərinə yanaşması və Şərq-Qərb musiqi ənənələrinin sintezindəki rolundan bəhs etdi. Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərlərini seminar iştirakçılarına çatdıraraq saz, tar, balaban, zurna və ney kimi milli alətlərin tembr və ifa xüsusiyyətlərinin simfonik və kamera musiqisində tətbiqini izah etdi. “Zurna ilə böyük simfonik orkestr üçün uvertüra”, “Violin və saz üçün sonata”, “Karvan”, “Bayatı”, “Necib Fazil” oratoriyası və “Dastan” simfoniyası haqqında  məlumatları dinləyicilərə çatdırdı. Həmçinin seminar çərçivəsində Cavanşir Quliyevin yaradıcılığından müxtəlif musiqi nümunələri, o cümlədən Karvan, marş və digər əsərlər səsləndirildi.

    Məruzəçi öz çıxışında nəzəri yanaşma ilə yanaşı musiqişünaslıq baxımından fikirlərini vurğulayaraq milli musiqi alətlərinin yalnız tembr deyil, ritmik, intonasiya və dramaturji funksiyaları qeyd etdi.

    O,  Azərbaycan musiqişünaslarının araşdırmalarına da istinad edərək Zümrüd Dadaşzadə və Gülnarə Manafovanın elmi araşdırılmalarına müraciət olunması haqqında məlumatları seminar iştirakçılarına çatdırdı.

    Seminarın sonunda laboratoriyanın əməkdaşları tərəfindən diskussiya aparıldı. Bəsti Kazımova, əməkdaşlar-İmina Əliyeva, Əli Əliyev, Ayxan Əfəndiyev tərəfindən verilən sualları ətraflı cavablandırdı. Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə dəyərli tövsiyyələrini verib, laboratiyanın əməkdaşları ilə birlikdə məruzəçini təbrik etdi.

      Mustafayeva Nazlı   

    Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi