• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18–22 may 2026-cı il 

    ICTMD Türk Dünyası Musiqi və Rəqs Tədqiqat Qrupunun X Simpoziumu: Daşkənddə Böyük Elmi Forum

    18–22 may 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Musiqi və Rəqs Ənənələri Şurasının (ICTMD) Türk Dünyası Musiqi və Rəqs Tədqiqat Qrupunun 10-cu — yubiley — simpoziumu keçirildi. Simpozium 90 illik şərəfli tarixi olan Özbəkistan Dövlət Konservatoriyasının yubileyi ilə üst-üstə düşdü — bu da forumun əhəmiyyətini daha da artırdı.

    2006-cı ildə yaradılmış Tədqiqat Qrupu (sədr – professor Abdullah Akkat) bu möhtəşəm elmi toplantını Özbəkistan Dövlət Konservatoriyası ilə yanaşı, Özbəkistan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, Batır Zakirov adına Estrada Sənəti İnstitutu və Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dəstəyi ilə həyata keçirdi.

    Simpoziuma onlarla ölkədən 100-ə yaxın mütəxəssis - tədqiqatçı, ifaçı, rəqs sənətçisi, prodüser toplaşdı. Forumun əsas mövzusu “Türk musiqi və rəqs ənənələrinin qorunmasında, ötürülməsində, tədqiqində və transformasiyasında institutlar, ustad və şagirdlərin rolu”olaraq müəyyən edilmişdi. Müzakirələr aşağıdakı aktual problemləri əhatə etdi: ustad–şagird münasibətlərinin təkamülü; institutlaşma ilə canlı ənənə arasındakı gərginlik; irs və innovasiya arasında balans; mədəni iyerarxiyalar və legitimlik məsələləri; qloballaşma və diaspor mobilliyininqarşılıqlı təsiri; etik suallar və mədəni mənimsəmə; bədənvasitəsilə qazanılan bilik ilə sənədləşdirilmiş formalar arasındakı nisbət; nəsillərarası varislik və gənc nəslin ənənəyə qoşulması; ənənələrin sosial, ritual və şəfaverici funksiyaları; tədqiqat və arxivləşdirmənin ənənə ötürülməsinə təsiri.

    Akademik məruzələrlə yanaşı, simpoziumda ustad dərsləri, kitab və film prezentasiyaları da keçirildi. Ustad dərslərinətanınmış sənətkarlar — Qoçaq Əsgərov və Malik Mansurovun qatılması forumun yaddaqalan hadisələrindən oldu.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Axundova-Dadaşzadə simpoziumda “Muğam: Ənənə və Müasirlik arasında: bəstəkar mədəni mediator kimi” (Mugham between Tradition and Modernity: The Composer as a Cultural Mediator) adlı məruzə ilə çıxış etdi. Tədqiqatçı mövzunu Azərbaycan bəstəkarlıq məktəbinin müqtədirnümayəndələri — Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə və çağdaş dönəmin bəstəkarları timsalında işıqlandırdı: milli muğam ənənəsinin müasir akademik musiqinə necə təcəssüm tapdığını, ənənə ilə müasirliyin vəhdətinə nail olmaq yollarının müxtəlifliyini sərgilədi.

    Digər ölkələrin alimlərinin çıxışlarında dəfələrlə Azərbaycan musiqisinə — Üzeyir Hacıbəylinin yaradıcılığına və Azərbaycanın zəngin milli ənənəvi irsinin türk dünyası kontekstindəki yerinə — müraciət edildi. Bu da Azərbaycanmusiqi sənətinin misilsiz bədii dəyərinə və əzəmətinə,beynəlxalq aləmdə nüfuzuna dəlalət edir.

    Simpozium böyük elmi toplantıya, fikir mübadiləsinə və yeni birgə layihələrin doğulduğu məkana çevrildi. Müxtəlif ənənələrin nümayəndələrinin musiqi müstəvisində bir araya gəldiyi bu forum uzun müddət iştirakçıların yaddaşında parlaq bir hadisə kimi yaşayacaq.