6 may 2026-cı il
6–21 may 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində XX Pera Beynəlxalq Piano Festivalı keçirilir.
Festivalda Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, professor Ceyhun Allahverdiyev fortepiano əsərlərindən ibarət solo konsert proqramı və master-klass ilə çıxış etmiş, eyni zamanda festival daxilində müsabiqənin münsiflər heyətinin üzvü kimi iştirak etmişdir.
Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və digər ölkələrin musiqiçiləri iştirak ediblər.



