• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 yanvar 2026-cı il

    29 yanvar 2026-cı tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:

    Orqanaloqiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, peşəkar bəstəkar Rüfət Ramazanovun “Müasir bəstəkar yaradıcılığının intuitiv və koqnitiv əsasları” adlı seminarı baş tutdu.

    Seminarda R.Ramazanov görkəmli bəstəkarlarımız F.Əmirov, A.Məlikov, X.Mirzəzadənin nümunəsində bəstəkar düşüncəsinin xüsusiyyətləri, əsasən də muğama özünəməxsus müraciətləri haqqında marağlı fikirlər söyləmişdir. Həyatlarının böyük hissəsini simfonik və mahnı janrlarına müraciət edən bir sıra Azərbaycan bəstəkarların təfəkkürləri və yazı üslubları arasında fərqlilikləri nəzərə çatdırmışdır.

    Uzun illər Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olan Rüfət müəllim seminar əsnasında bəstəkar yaradıcılığında, ümumən müasir gəncin bəstəkar kimi formalaşmasında lazım olan anadangəlmə keyfiyyətlər (eşitmə, qavrama qabiliyyətləri, marağları) və təhsil zamanı əldə edilən təcrübənin çox əhəmiyyətli rollarının olduğunu vurğuladı. Bundan əlavə, gənc bəstəkarların yaradıcılığında öz əksini tapan bir sıra məsələlərə və problemlərə toxunuldu.

    Seminar elmi-tədqiqat laboratoriyasında marağlı elmi diskussiyalara səbəb oldu. Məşhur kamança ustadı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi proofessor Arif Əsədullayev, Azərbaycanın xalq artisti,  professor Zümrüd Məmmədova, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, akustika mütəxəssisi Zeynal İsayev xüsusən ifaçıların da bu keyfiyyətləri daşımalı olduğunu söyləyərək muğam şöbələrinin doğru ifasının vacibliyinə diqqəti yönəltdilər. Təhsil prosesi çərçivəsində bu mövzuya müraciət edən və məqaləsi dərc edilən laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva da marağlı fikirləri ilə bölüşdü.

    Sonda, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bu tədbirin önəmini qeyd edərək peşəkar bəstəkarımız Rüfət Ramazanov tərəfindən bu mövzunun davam etdirilməsinin əhəmiyyətini vurğuladı.

                     

                                                                                                      Əfəndiyev Ayxan

                                              Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant