• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2025- ci il

    Tanınmış bəstəkar, professor Cavanşir Quliyevin 75 illik yubileyi ərəfəsində 16 dekabr tarixində BMA-da, onun çalışdığı "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasında elmi seminar  təşkil olundu.

    Əməkdar incəsənət xadimi , professor Zümrüd Dadaşzadə, elmlər doktoru, dosent Leyla Zöhrabova, Əməkdar incəsənət xadimi, professor Mehriban Əhmədova bəstəkarın yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran  məruzələrlə çıxış etmiş, maraqlı mövzulara toxundular. Kafedra müdiri professor, sənətşünaslıq doktoru, "Musiqi dünyası" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel  Məmmədov  C.Quliyev timsalında bəstəkar yaradıcılığı tədqiqinin bəzi mühüm məsələlərinə diqqəti  yönəltdi.  Seminarın sonunda  Cavanşir Quliyev hamıya  təşəkkürünü bildirib, müasir bəstəkar yaradıcılığı haqqında öz fikirləri ilə bölüşdü. 

    Tədbirdə kafedranın müəllimləri ilə yanaşı "Tarix- nəzəriyyə"  fakültəsinin dekanı, Əməkdar müəllim, elmlər doktoru,  professor Gülzar Mahmudova və Elmi Katib, Əməkdar müəllim, professor Leyla Məmmədova da iştirak etmişlər.