• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 may 2025-ci il

    Bakı Musiqi Akademiyasında İohan Ştrausun 200 illiyinə həsr olunmuş konsert-konfrans keçirildi

    30 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında dahi  bəstəkar İohan Ştrausun anadan olmasının 200  illiyinə həsr olunmuş konsert-konfrans baş tutdu. 

    BMA-nın “Musiqi Nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə təşkil olunmuş tədbirin təşkilatçısı – sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovadır.

    Tədbirin proqramına BMA-nın “Tarix-Nəzəriyyə” fakültəsinin tələbələri - Jalə Quliyeva, Aygün Yusibova, Fatimə Nurməmmədli, Gültəkin Behbudlunun elmi çıxışları və tanınmış ifaçıların təqdimatında İ.Ştrausun əsərlərinin səsləndirilməsi daxil idi. Konsert-konfrans tələbələrin həm musiqişünaslıq biliklərini, həm də sənətə olan sevgilərini nümayiş etdirmək baxımından önəmli bir platforma oldu.

    Proqram çərçivəsində  tələbələrin çıxışları ilə yanaşı, tanınmış ifaçıların ifasında İ.Ştrausun sevilən əsərləri təqdim olundu.

    Konsertdə iştirak edən ifaçılar:

    dosent Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, l kurs magistr tələbəsi Heydər Həyatov, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nəriman Mənsimov, ll kurs magiatr tələbəsi Məryəm Məmmədova, ll kurs tələbəsi Aytac Əlizadə, Respublika və Beynəlxalq müsabiqələr laureatı Qədir Günəşov.

    Konsert-konfrans İohan Ştraus yaradıcılığına həsr olunmuş maraqlı müzakirələrlə, zəngin musiqi proqramı ilə yadda qaldı və tələbələrin həm nəzəri, həm də praktik biliklərini tətbiq etmələrinə imkan yaratdı.