• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2024-cü il

    26 dekabr 2024-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin III kurs musiqişünas-tələbələrinin elmi-təcrübi çıxışları keçirildi.

    Musiqi tarixi kafedrasının müəllimi Aynur İsgəndərova tərəfindən "Lektorluq təcrübəsi" kursu əsasında keçirilən bu tədbir bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunmuşdur. Tələbələrin hər biri A.Mirzəyev yaradıcılığını müxtəlif istiqamətlərdən araşdıraraq, uğurlu çıxışlar təqdim etdilər.Qeyd etməliyik ki, "Şərqin J.S.Bach'ı" adlandırılan Arif Mirzəyev, tanınmış Azərbaycan bəstəkarı, orqan ifaçısı, polifonik musiqinin təbliğatçısı, Azərbaycanda dini-memorial musiqinin əsasını qoyanlardan biri kimi qəbul edilir. J.S.Bach üslubunda olan musiqini bu günə qədər özünəməxsus şəkildə yaşadan bəstəkar Şərq və Qərb dini musiqisini çox parlaq şəkildə sintez edir, onun əsərlərində keçmiş və müasir dövrün ənənələri toqquşur.Millətimizin belə gözəl, istedadlı, öncül sənətkarı ilə hər zaman fəxr etməliyik.
    Tədbirin sonunda Musiqi tarixi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Ülviyyə İmanova da öz müsbət rəyini bildirərək, tələbələri təbrik etdi  və  onlara gələcək işlərində uğurlar dilədi.