• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2024-cü il

    11 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi şair Məhəmməd Füzulinin 530 illiyi əlaqədar “Füzuli ili” çərçivəsində professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirildi.

    Təqdimat mərasimində SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli görkəmli şairin yaradıcılığının zənginliyindən danışıb,  “Füzuli sənətkarlığı” kitabı haqqında fikir və düşüncələri ilə bölüşdü.

    Tədbirin təşkilatçısı BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev M.Füzulinin qəzəllərindən misal gətirib, Mir Cəlal Paşayevin dahi şairə həsr olunan kitabının əhəmiyyətindən söz açdı.

    Kitabın işığına yığışan  Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və onun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədli də Füzuli dühası, yaradıcılığı haqqında çıxış etdilər.

    Tədbirin bədii hissəsində Əməkdar artist Nigar Məlikova, Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi Səməd Novruzov, Prezident təqaüdçüsü Aqil Məlikov və Hüseyn Məlikov əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Tədbir hər kəs tərəfindən böyük coşqu ilə qarşılandı.