• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr 2024-cü il

    4 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi,

    professor Elmira Səfərovanın 90 illiyinə həsr olunan “Musiqi təlim və tərbiyə prosesində ənənələr və innovasiyalar adlı tələbələrin elmi-praktiki respublika konfransı keçirildi.

    Qeyd edək ki,  layihənin rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor FƏRHAD BƏDƏLBƏYLİ, Təşkilat komitəsinin üzvləri: BMA-nın Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi,pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor Gülnaz Abdullazade, BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, BMA-nın “Fortepiano” fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nazəkət Rimazi,

    BMA-nın  “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova,

    BMA-nın “İfaçılıq”fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, BMA-nın professoru Tamilla Kəngərlinskayadır.

     Konfransda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova öz sözlə çıxış etdi.

    Sonra konfrans iştirakçılarına söz verildi. Konfransda Aytac Əlizadə  (Bakı musiqi akademiyasının fortepiano fakültəsinin II kurs tələbəsi; Mövzu: “Azərbaycan fortepiano məktəbinin inkişafında Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın əvəzedilməz rolu”; Elmi rəhbər Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Kəngərli); Nuriyyə Əhmədova  BMA-nın “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi; Mövzu: “Müasir dövrdə inklüziv təhsilinin rolu”; Elmi rəhbər “Metodika və xüsusi pedaqoji kafedrasının” dosenti Yeganə Mustafayeva); Elşanə Süleymanlı (“Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi; Mövzu: “Androqogika ümumi pedaqogikanın yeni bir sahəsi kimi”;  “Metodika və xüsusi pedaqoji kafedranın” dosenti Nərgiz Əlizadə); Fidan Yusifzadə ( “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi; Mövzu: “Dərs prosesində gender məsələlərin xüsusiyyətləri və həll olunması”;

    Elmi rəhbər “Metodika və xüsusi pedaqoji kafedranın” dosenti Nərgiz Əlizadə); Tasurə Hüseynova (Azərbaycan Dövlət mədəniyyət və incəsənət universiteti I kurs magistr-tələbəsi; Mövzu: “Müasir fortepiano ifaçılığının bəzi problemləri”; Elmi rəhbər Azərbaycanın əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə); 

    Leyla Abdullayeva (Gəncə Dövlət UniversitetiPedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi; Mövzu: “Cahangir  Cahangirovun xor  yaradıcılığının səciyyəvi xüsusiyyətləri”; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Leyla Nəbiyeva); Səbinə Abdullayeva  (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə,  “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi; Mövzu: “Asəf  Zeynallının fortepiano yaradıcılığında uşaq musiqisinin yeri”; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Qəsirə Məmmədova); 

    Fidan Balakişiyeva(Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi; Mövzu: “Məktəblilərin musiqi tərbiyəsində müasir pedaqoji texnologiyalarından istifadənin əhəmiyyəti və yolları”; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Səidə Həsənova);  

    Tərlan İbayeva (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi; Movzu: “Məktəblilərin ekoloji tərbiyəsində musiqi sənətindən istifadənin imkan və yolları; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq elmlər doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva; Ruqiyyə İbrahimova (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi; Mövzu: “Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan xalq mahnılarından istifadənin imkan və yolları”; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Sevinc Rüstəmova); Cənanə İslamova (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə,  “Musiqi müəllimliyi” ixtisası üzrəII kurs tələbəsi; Mövzu: “Uşaq mahnılarında təbiət mövzusu”; Elmi rəhbər“Musiqi fənləri” kafedrasının baş müəllimi Nüşabə Seyfullayeva); Səma Musayeva (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi

    Mövzu: “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında uşaq mövzusu”;Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Məhərrəmova Gültəkin); Aytəkin Nəzərəliyeva (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə , “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs; Movzu: “Tofiq Quliyevin  fortepiano musiqisi və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənin imkan və yolları”; Elmi rəhbər “Musiqi fənləri” kafedrasının baş müəllimi Hacıyeva Mehriban); Türkan Qədimova  (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi

    Mövzu: “Məktəb xoru ilə işin əsas məsələləri”

    Elmi rəhbər“Musiqi fənləri” kafedrasının müəllimi Məmmədova Feride); Firuzə Quliyeva (Gəncə Dövlət Universiteti“Pedaqoji” fakültə,  “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi

    Mövzu: “Məktəblilərin musiqi tərbiyəsi prosesində Azərbaycan xalq rəqslərindən  istifadənin  yeri  və  əhəmiyyəti”

    Elmi rəhbər“Musiqi fənləri” kafedrasının baş müəllimi Haqverdiyeva Nərgiz); Türkan Rəhimova (Gəncə Dövlət Universiteti “Pedaqoji” fakültə, “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs

    Mövzu: “Azərbaycan bəstəkarlarının uşaq mahnılarında vətənpərvərlik mövzusunun təcəssümü”; Elmi rəhbər“Musiqi fənləri” kafedrasının müəllimi Quliyeva Ülviyyə) çıxış etdilər.