• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 dekabr 2024-cü il

    2 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, elmi əsərləri ilə Azərbaycan musiqişünaslığına dəyərli töhfələr bəxş edən professor Elmira xanım Abasovaya həsr olunmuş kitabın təqdimatı keçirildi.

    Tədbirdə kitabın müəllifi “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”  elmi - tədqiqat laboratoriyasının aparıcı mütəxəssisi, **mərhum** Ariz Abduləliyevin xatirəsi yad olunaraq gördüyü işin əməyi yüksək qiymətləndirildi.  Təqdimat mərasimində SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli hər iki alim haqqında fikir və düşüncələri ilə bölüşdü. Tədbirdə eləcə də BMA-nın elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, AMEA-nın müxbir üzvi, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə,  fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Kamina Məmmədova, AMK nəzdində Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nazim Kazımov, tədbirin aparıcısı BMA-nın dosenti, sənətşünalıq üzrə fəlsəfə doktoru Babayeva Minaxanım çıxış edərək həm Elmira xanım, həmçinin Ariz müəllimin Azərbaycan musiqişünaslığında rolu və elmi işləri haqqında söz açdılar.  

    Təqdim olunan kitabda bir çox bəstəkar irsinin zənginliyini yorulmadan araşdıran və təhlil edən Elmira Abasovanın şəxsiyyəti dolğun və ətraflı şəkildə öz əksini tapmışdır. 

    Tədbirin bədii hissəsində Fərhad Bədəlbəyli S.Raxmaninovun bir sıra romanslarını Respublika və Beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə, Nigar Cəfərova, BMA-nın III kurs tələbəsi Aysun Mahmudzadə ilə ifa etdilər, eləcə də Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası (ifa: Xalq artisti, professor Gülnaz İsmayılova), C.Hacıyevin fortepiano üçün Ballada (ifa:Xalq artisti, professor Yeganə Axundova) Gülarə Əliyevanın “Rapsodiya”, Elnar Məmmədovun “Variasiyalar” (ifa: Xalq artisti, professor Ülviyyə Hacıbəyova), Nəriman Məmmədovun Trio (ifa: Töhfə Babayeva , Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova) kimi əsərləri səslənərək dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.