• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 oktyabr 2024-cü il

    15 oktyabr 2024-cü il tarixində Rusiyanın Moskva şəhərində “Musiqi dünyası” beynəlxalq elmi musiqi jurnalının 25 illiyi münasibətilə “Musiqi dünyası – 2024. İnformasiya, kommunikasiya, yaradıcılıq” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

     İki gün davam edən tədbirin təşkilatçıları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Rusiya Dövlət İncəsənət Tarixi İnstitutu, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasıdır.

    Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli konfransın açılışında çıxış edərək “Musiqi dünyası” jurnalının yaranma tarixindən danışıb. O bildirib ki, nəşrin ilk nüsxələri Azərbaycan tarixinin çətin dövrlərində işıq üzü görüb. Lakin musiqiyə vurğun insanların birləşdiyi redaksiya heyəti nəşri yaşada və inkişaf etdirə bilib. Fərhad Bədəlbəyli elm, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsi aparılmasının maarifçilik sahəsində mühüm amil olduğunu diqqətə çatdırıb. 

    Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov Bakı Musiqi Akademiyası ilə tarixi qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, iki təhsil müəssisəsi arasında elmi əməkdaşlıq da yüksək səviyyədədir. “Musiqi aləmi” jurnalı Moskva Dövlət Konservatoriyasının kitabxanasında sevilərək oxunulan nəşrlərdən biridir. Jurnalda həmkarlarımızın elmi araşdırmaları, dünya musiqi aləmində baş verən yeniliklər yer alır. Bu, əlbəttə, bizim üçün çox maraqlıdır”, - deyə A.Sokolov bildirib. 

    Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynli bildirib ki, “Musiqi dünyası” jurnalı artıq 25 ildir fəaliyyət göstərir, maraqlı elmi məqalələr, resenziyalar, musiqi həyatı ilə bağlı müxtəlif məlumatları geniş oxucu kütləsinə çatdırır. “Konfrans çərçivəsində biz həm “Musiqi dünyası”, həm də digər nəşrlər, o cümlədən “Konservatoriya” elmi jurnalının fəaliyyəti barədə məlumat verəcəyik. Konfrans müxtəlif ölkələrin elmi nəşrləri arasında əlaqələndirmənin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından olduqca vacib tədbirdir”, - deyə Lalə Hüseynova qeyd edib.