• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2024-cü il

    25 oktyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Tarix-nəzəriyyə” fakültəsinin tələbələri, Tələbə Elmi Cəmiyyətinin sədri Babayeva Minaxanımın rəhbərliyi ilə dahi  Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirildi.

    Azərbaycan ədəbiyyatının böyük şairi Füzulinin əsərləri və düşüncələri haqqında dərin məlumatları paylaşmaq, onun məhəbbət, insanlıq və mənəviyyat mövzularını əhatə edən əsərlərini təhlil etmək imkanı oldu. Tədbirə qatılanlar Füzulinin poeziyasının dərinliyini və təsirini hiss etdilər, bu da şairin söz qüdrətinin nə qədər güclü olduğunu bir daha sübut etdi. İştirakçılar həm də Füzulinin “Leyli və Məcnun” əsərinin eşqi ilahi səviyyəyə qaldıran fəlsəfi aspektlərini, onun qəzəllərindəki insanlıq dərslərini daha yaxından tanıdılar. Məruzələr, səsləndirilən qəzəllər,  musiqi nömrələri müəyyən məntiqi ardıcıllığa əsaslanırdı. Nəzəri çıxışlarla yanaşı musiqi nömrələri dinləyicilərin marağına səbəb oldu. Burada Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran”, C.Cahangirovun “Füzuli” kantatasından xorlar səsləndirildi. Eyni zamanda Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, S.Ələsgərovun “Vətənimdir” romans qəzəli dinləyicilərə  təqdim olundu.  Ümumiyyətlə, bu tədbir Azərbaycan klassik ədəbiyyatının dəyərini daha dərindən anlamaq və gələcək nəsillərə çatdırmaq üçün maraqlı bir addım oldu. İştirakçılar Füzuli haqqında daha geniş məlumatlar əldə edərək onun yaradıcılığına olan maraq və diqqəti bir daha təsdiq etdilər.