• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 oktyabr 2024-cü il

    2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor,

    Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına səfəri təşkil olunmuş, gənc musiqiçilərlə ustad dərslər keçmişlər.

    22 oktyabr tarixində səfər çərçivəsində Qnesin adına Rusiya Musiqi Akademiyasının prorektoru, sənətşünaslıq doktoru, psixologiya elmləri doktoru Dina Kirnarskayanın “Musiqi sənətinin cəmiyyətdə və təhsil sistemində təbliği” mövzusunda mühazirəsi keçirildi. 

    Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, Dina Kirnarskayanı dinləyicilərə təqdim etdi.

    Müəllim və tələbə heyətinin iştirak etdiyi mühazirə faydalı məlumat zənginliyi ilə hər kəs tərəfindən böyük maraqla qarşılandı.