6-8 sentyabr 2024-cü il
6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı yay məktəbi təşkil edilmişdir.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri iştirak etdilər.
Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edilmişdir.
Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirildi.
Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov, TGT-nın sədri Fidan Əliyarzadə və BMA-nın fəal magistr tələbələri Fatimə Məmmədzadə, Selcan Şabanlı, Müjgan Məmmədli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verdilər.
Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görüldü.