• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2023-cü il

    19 dekabr 2023-cü il Baku Marriott Hotel Boulevardda Azərbaycan Karyera İnkişaf Forumu  keçirildi. 

    Forumda “Tələbə və məzunların ğmək bazarına çıxışını necə asanlaşdıraq?”, “Effektiv universitet mexanizminin qurulmasına təsir edən amillər”, “Müasir dövrün dəyişən əmək bazarında universitetlərin rolu”, “Dəyişən dünyada necə sağ qalaq?”, “İş dünyasının gələcəyi və dəyişən tələblər” və s. mövzuları haqqında yerli və xarici spikerlər tərəfindən məlumat verildi və mövzu ətrafında müzakirələr aparıldı. 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını forumda Karyera Mərkəzinin müdiri Anar Seyidov, mərkəzin mütəxəssisi İlahə Allahverdiya, Mətbuat katibi Ofelya İsgəndərova təmsil etmişlər.