• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2023-cü il

    13 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı Musiqi Akademiyası üzrə sədri, Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina Hacıyevanın təşəbbüsü ilə  Ümummilli lider Heydər Əliyevin 100 illiyi və görkəmli bəstəkarımız Arif Məlikovun 90 illiyinə həsr olunmuş "Əfsanənin izində" adlı yaradıcı görüş keçirildi.

     Tədbirin xüsusi qonağı Rusiyanın Əməkdar artisti Ruslan Pronin və balet konsertmeysteri Züleyxa Usubova idi. 

    Qeyd edilən tədbir BMA-nın “Tarix-nəzəriyyə”fakültəsinin magistr 1-ci kurs tələbələrinin iştirakı ilə baş tutmuşdur. Tədbirdə iki canlı şəkil səhnələşdirildi. Aida Xəlilova tərəfindən səsləndirilən səhnədə Arif Məlikov rolunda Müjgan Məmmədli, Nazim Hikmət rolunda Fidan Əliyarzadə, Niyazi rolunda Aytən Əliyeva, Simon Virsaladze rolunda Selcan Şabanlı, Yuri Qriqoroviç rolunda isə Əsmər İbazadə çıxış etdilər. 

    Tədbirdə musiqişünas magistr 1-ci kurs tələbələri Xəyalə Ziyadova, Ramina Arazova, Günel Cəfərli, Ləman Əsədova, Turanxanım Şirinbəyli, Ulduz Əliyeva və “İfaçılıq” fakültəsinin magistr 2-ci kurs tələbəsi Gülnar Nəbi də iştirak etmişdir. 

    Qeyd edək ki, tədbirdə Arif Məlikovun əsərlərindən ibarət musiqi nömrələri də ifa olundu. İfaçılar beynəlxalq müsabiqələr laureatları Humay Hacızadə, Murad Pənah, Ayla Həsənova və Nərminə İsmayılova idi. 

    Sonda qonaqlara hədiyyələr təqdim olundu.