• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2023-cü il

    23 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş festival çərçivəsində konsert və konfrans keçirildi.

    Bu tədbir Azərbaycan musiqiçilərinin müxtəlif nəsillərini - professorları, məzunları və tələbələri bir araya gətirdi.

    Öncə Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar Müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova konsert-konfransın iştirakçıları və qonaqları qarşısında salamlama nitqi ilə çıxış etdi. Tədbir çərçivəsində BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının dosenti Nigar Rəhimova və BMA-nın magistrantı Nəzrin Quliyevanın A.Məlikovun yaradıcılığına müəlliflərin yeni baxışını nümayiş etdirən kitabının təqdimatı oldu. Monoqrafiya Arif Məlikovla səmimi dostluq və qarşılıqlı hörmət bəsləyən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Arif Məlikovun sinfinin həmkarları və məzunları görkəmli bəstəkar haqqında xoş xatirələrini bölüşdülər: Əməkdar artist, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, bəstəkarlıq kafedrasının dosenti Məmmədova Gülnarə, bəstəkar Tamilla Axadova. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının baş müəllimi Alyona İnyakinanın rəhbərliyi ilə Tarix-nəzəriyyə fakültəsinin tələbələri böyük şəxiyyətin istedadının müxtəlif cəhətlərini üzə çıxaran təqdimat hazırlamışlar.

    Gecənin əsl məqamı Əməkdar Artist Aleksey Miltıxın, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın, beynəlxalq müsabiqələr laureatı Emil Malıqinin, Orta İxtisas Musiqi Məktəbi-Studiyasının müəlliminin ifasında görkəmli bəstəkarın musiqisi oldu. Konsertdə Ofeliya Axundova, Alyona İnyakina, həmçinin gənc pianoçular - BMA-nın magistr və bakalavr tələbələri Zəhra Cahan-Şıxəliyeva, Nurel Kərimova, Kübra Həşimli, Jalə Quliyeva, Fidan Əmirova  ifa etdilər.

    Konfrans-konsert Arif Məlikovun həyat və yaradıcılığında əlamətdar hadisələri əks etdirən foto və video materialların nümayişi ilə müşayiət olundu. Tədbirdə BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Arif Məlikovun ailə üzvləri, universitetin professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

    Gecənin hərarətli, ruhlandırıcı atmosferi iştirakçıların çıxışını gurultulu alqışlarla müşayiət edən tamaşaçılarda güclü emosional reaksiya doğurdu.