• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 sentyabr 2023-cü il

    "İnsanın ruhu arfa kimidir - simlərinə toxunsan, səslənər..." . Arif Məlikov

    Deyirlər, “əvəzolunmaz insan yoxdur”... Bəlkə də, doğrudur, lakin mən bununla razı deyiləm. Elə insanlar var ki, dünyaya yalnız bir dəfə gəlir və onlardan ikincisini heç vaxt tapa bilməzsən. Onlar yaşayır, yaradır, varlığı, parlaq işığı ilə ətrafdakıları işıqlandırır, özlərindən sonra təkrarsız, əvəzi olmayan  yaradıcılıqlarını, sonsuz xoş xatirələrini qoyub gedirlər...

    Azərbaycan mədəniyyətinin belə görkəmli istedadlarından biri də sentyabr ayının 13-də 90 yaşı tamam olacaq, dünya şöhrətli bəstəkar, görkəmli şəxsiyyət Arif Məlikovdur... O, daim həm bəstəkarlıq, həm pedaqoji, həm də ictimai yaradıcılıqla məşğul olan, işinin hərisi və fanatı sayılan peşəkarlardandır. Yaradıcılığında musiqinin demək olar bütün janrlarına müraciət etmişdir - həm iri həcmli səhnə əsərləri: baletlər, operetta, həm olduqca geniş simfonik musiqi, həm kamera əsərləri:  fortepiano, violin, fleyta üçün instrumental musiqi, vokal əsərlər, mahnı və romanslar. Onların sırasında Arif Məlikova dünya şöhrəti gətirmiş "Məhəbbət əfsanəsi" baletini və yaradıcılığının son illərində qələmə almış Ümummilli lider Heydər Əliyevə həsr etdiyi Səkkizinci "Əbədiyyət" simfoniyasını xüsusi qeyd etmək istəyirəm. Çox maraqlıdır ki, bəstəkar yaradıcılığının əvvəlində də, sonunda da türk şairi Nazim Hikmətin şeiriyyatına müraciət etmişdir.    Eyni zamanda sənətkar rəsmə böyük həvəs duyurdu və gülləri rəsmlərində əks etdirməyi çox sevirdi. O, bu haqda belə danışardı: "Bağımda gözəl güllərim var, onları toplayıb vazaya qoyuram. O qədər gözəl olur ki, istəyirəm həmən o güllərin rəsmini çəkim". Arif müəllimin rəsm əsərlərini izləyəndə görürük ki, rəngarəng çalarlara boyanmış müxtəlif gözəl güllər onun ilham mənbəyi olmuşdur...

    Yadımdadır, onun hər doğum günü bizim üçün bayram olardı. Bu, unudulmaz, əla bir ənənə idi. Tələbələr sevimli müəllimlərinin şərəfinə süfrə açardılar. Bəstəkarlıq kafedrasının kabinetində bu süfrənin ətrafına onu sevən, hörmət edən insanlar toplaşardı, onların arasında müəllimlər, tələbələr, hətta sinfinin məzunları da olardı. Hər kəs bilirdi ki, bu gün xüsusi nə isə olacaq. Və xoş söhbət başlayardı: Arif müəllim xatirələrini, tanınmış insanlarla görüşlərini danışardı, fenomenal yaddaşa malik olduğu üçün hər şeyi xırdalığına qədər xatırlayardı. Biz isə məmnuniyyətlə dinləyərdik, onun məlahətli səsindən və ümumiyyətlə varlığından feyzyab olardıq, onun bizim üçün nə dərəcədə əziz olduğunu hiss edərdik. Sonra isə sükut çökərdi və yalnız musiqi sədaları səslənərdi, hamı tanış melodiyalara sanki ilk dəfə eşidirmişlər kimi qulaq asar və Məlikovun obrazlarının özünəməxsus dünyasına qərq olardı... İndi bütün bu hissləri sözlərlə çatdırmaq olmur...

    Keçmişi xatırlamaq kədərlidir, lakin ən gözəl xatirələrlə və onun ruh oxşayan, sevgi və gözəl duyğularla dolu musiqisi ilə təsəlli tapırsan. Bəli, onun musiqisi möhtəşəmdir və lirikası ilə sevən ürəklərin dərinliklərindən keçir. Bu musiqini sevməmək, heyran olmamaq mümkün deyil. 

    Dünya əhəmiyyətli şəxsiyyət olan Arif Cahangir oğlunun məhz burada - doğma torpağımızda - Azərbaycanda doğulması isə necə də qürurvericidir! Bir vaxtlar bizimlə olduğuna, onunla ünsiyyət sevincinə, ünsiyyətdə olaraq həyat və yaradıcılıq təcrübəsini bölüşdüyü insanların həyatında qoyduğu izə görə taleyə necə də minnətdarıq! Özümüz üçün bu qədər maraqlı çıxarışlar etdiyimiz o uzun söhbətləri necə xatırlamamaq olar?! ..

    Bəstəkarın yaradıcılığı və musiqisi haqqında çox yazılıb, deyilib, onun yaradıcılığı haqlı olaraq bir çox tədqiqatların əsasını təşkil edir. Qısa danışcağam... Artıq uzun illərdir ki, hər il Arif Məlikovun doğum günündə onun haqqında və onun üçün yazılar dərc etmək məndə xoş ənənəyə çevrilib. Bu gün mən onun həm gözəl musiqiçi, bəstəkar, müəllim, rəssam, həm də işıqlı ruha və təmiz qəlbə sahib bir insan kimi xatirəsini ehtiramla yad etmək istəyirəm. Arif Cahangir oğlu Məlikovun xatirəsi əbədi yaşasın...

    O, bizə qoyub getdiyi musiqilərdə və ona sadiq olan qəlblərdə məskən salaraq yaşayır...

    Allah rəhmət etsin! Ruhu şad olsun!

    Sevgi və hörmətlə, sizin Aytən.

    Душа человека, словно арфа - дотронешься до струн и она зазвучит...   Ариф Меликов.    

     Говорят, "незаменимых людей нет"... Может это и так, но я с этим не согласна. Есть люди, которые рождаются только один раз и вторых таких ни за что не найти. Они живут, творят, озаряют окружающих своим присутствием, ярким светом, оставляют после себя свои светлые творения и нескончаемые добрые воспоминания... 

    К одним из таких выдающихся дарований азербайджанской  культуры относится всемирно известный композитор Ариф Меликов, которому 13 сентября исполнилось бы 90 лет... Он один из тех профессионалов и фанатов своего дела, кто постоянно занимался творческой деятельностью - и композиторской, и педагогической, и общественной. 

    Помню, каждый день его рождения был праздником для нас. Это была отличная традиция, которую не забыть.  Студенты накрывали стол в честь любимого учителя.  Вокруг него в кабинете кафедры композиции собирались любящие и уважающие его люди, среди которых были педагоги, студенты и даже приходили выпускники его класса. Все знали - в этот день будет что-то особое. И начиналась приятная беседа: Ариф муаллим рассказывал свои воспоминания, встречи с известными людьми, так как у него была феноменальная память, он помнил все до мелочей. Мы с удовольствием слушали, насыщались его хорошо поставленным голосом и вообще тем, что он у нас есть, чувствовали, как он нам дорог. А потом наступала тишина и звучала только музыка, все слушали знакомые мелодии, как в первый раз, и окунались в своеобразный мир меликовских образов... Словами сейчас всего не передать... 

    Печально вспоминать ушедшее, но утешаешься лучшими воспоминаниями и его душевной, полной любви и прекрасных эмоций музыкой. Да, музыка его прекрасна и своим лиризмом пронизывает любящие сердца, невозможно не любить и не восхищаться ею. А каково чувство гордости от того, что Ариф Джангирович, человек мирового значения, родился именно здесь - на нашей родной земле - в Азербайджане?! И какое чувство благодарности судьбе за то, что он был когда-то с нами, за радость в общении с ним, за след, который он оставил в жизни тех, с кем он общался, делился жизненной и творческой практикой! И как не помнить те долгие беседы, где мы черпали столько интересного для себя!.. 

    О творчестве и музыке композитора написано и сказано много, его творчество достойно  является основой многих исследований. Я буду кратка. Для меня уже многие годы стала приятной традицией каждый год в день рождения Арифа Меликова публиковать о нем и для него. Сегодня я хочу просто почтить его память и как прекрасного музыканта, композитора, педагога, художника и как человека светлой души и чистого сердца. Вечная память Арифу Джангировичу Меликову... Он живёт в музыке, которую нам оставил и в преданных ему сердцах...  

    Allah rəhmət etsin! Ruhu şad olsun!    

    С любовью и уважением ваша Айтен