• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 sentyabr 2023-cü il

    7 sentyabr 2023-cü il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfedirasiyası Ümummilli lider H.Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında H.Əliyevin rolu” mövzusunda konfrans keçirmişdir. Konfrans Nabranda Təhsil istirahət mərkəzində təşkil olunmuşdur.

    Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz rayonu İcra hakimiyyətinin başçısı Elnur Rzaev, Elm və Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov, Həmkarlar İttifaqlarının əməkdaşları, Respublika Ali təhsil müəssələrinin fəal tələbələri iştirak etdilər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bu tədbirdə Həmkarlar İttifaqının sədri, dosent Aqil Qafulov, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti Nərgiz Hüseynova, “İnstrumental ifaçılıq” fakültəsinin IV kurs tələbələri Fərid Hacıyev, Tasurə Hüseynova, Arzu Məhərrəmova, “Bəstəkarlıq” şöbəsinin III kurs tələbəsi  Əli Cəfərzadə təmsil etmişlər.