• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 iyun 2022-ci il

    7 İyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən yerli təşkilatın qərargahında 15 İyun - Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

    Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunun 1 dəqiqəlik   sükutla yad edilməsi ilə başladı.

    Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev haqqında filmi izlədilər.

    Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra başçısı Asif Əsgərov, YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanov, Yeni YAP Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev və  “91” lərin nümayəndəsi Hacan Hacıyev çıxış etdilər.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından isə    Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasının baş laborantı, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) iştirak etdi.