• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2022-ci il

    25.04.2022-ci il tarixində YAP Nəsimi rayon təşkilatının qərargahında görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş qanvermə aksiyası keçirildi.

    Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, elcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və digər ali təhsil ocaqlarının nümayəndələri də iştirak etdi.

    Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da nəcib missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına təşəkkürünü ifadə edib.