• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 aprel 2022-ci il

    7.04.2022-ci il tarixində saat 15:00-da  YAP Nəsimi rayon təşkilatının qərargahında  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş,  İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi,  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalardan Azad Qarabağ” adlı layihəsi  çərçivəsində silsilə tədbirlərindən sonuncusu keçirildi.

    BMA-dan Gültəkin Qasımlı - BMA-nın Bəstəkarlıq kafedrasında baş laborant, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini, Maral İmamova - BMA-nın nəzdnində Opera Studiyasında operator və BMA-nın 7 nəfər tələbəsi: Priyeva Ləman, Adil Əmirli, Faiq Əlizadə, Əhmədli Türkruh, Əyyub Seyidzadə, Tofiq Şükürov, Südef Hacıyev iştirak etdi.