• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     2 aprel 2022-ci il        

     2 aprel 2022-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Sağlamlıq Universiteti çərçivəsində təşkil etdiyi  növbəti Sağlam tələbə - sağlam ölkə! onlayn-seminarı  keçirildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri də seminarda iştirak etmişlər.

    Onlayn-seminar zamanı İ.M.Seçenov adına BMDTU (Seçenov Universiteti) Bakı Filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev və İ.M.Seçenov adına BMDTU-nın (Seçenov Universiteti) onkologiya kafedrası, həkim-onkoloq, tibb elmləri doktoru, professor İrina  Vısotskaya tərəfindən  tələbələr Onkoloji xəstəliklərin erkən diaqnostika, profilaktikası və uşaqlarda,  yeniyetmələrdə süd vəzinin xəstəlikləri (rus dilində) mövzularda məlumatlandırıldılar.