• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 yanvar 2022 –ci il

    13 yanvar 2022-ci il tarixində Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) Rusiya Mətbuatı Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

    Tədbirin keçirilməsində məqsəd Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrini mükafatlandırmaq olub. Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və məzunları konsert proqramı hazırlayıblar. Konsertin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub.Müasir və klassik əsərlər Azərbaycanın Əməkdar Artisti, BMA-nın professoru Elnarə Kiberlinskaya, BMA-nın baş müəllimi Lalə Muxtarova, K.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova və Alyona İnyakina tərəfindən ifa olunub. Konsertin bütün iştirakçılarına Rus Evinin rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.