• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 fevral 2021-ci il

    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

    Prezident İlham Əliyev də Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır.

    Bununla əlaqədar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının " Konsermeyster ustalığı" kafedrasının müəllimi, professor Gülnarə Acalovanın tələbələri "Bir Nizami əsəri" adlı layihə hazırlamışlar.

    Layihədə Sabah qrupunun tələbələri, Respublika və beynəlxalq müsabiqələr laureatları Leyla Zeynalova, Zəhra Cahan Şıxəliyeva, Nərminə İsmayılova , Əzizə Ağazadə, Cəmalə Abdinzadə dahi şair Nizami Gəncəvinin qəzəllərinə yazılmış görkəmli bəstəkarlarımızın-Ü.Hacıbəyli "Sevgili canan", F.Əmirov "Gülüm", C.Cahangirov " Gül camalın", A.Rzayev "Lirik mahnı", Ü.Hacıbəyli "Sənsiz" romanslarını ifa etdilər. Sonda qəzəli səsləndirən Mirzə Səfərovdur.

    Qeyd edək ki, layihənin rəhbəri professor Gülnarə Acalova, layihə tərtibçisi Cəmalə Abdinzadə, quruluşçu rejissor isə Dmitri Babayevdir.