30 oktyabr 2026-cı il
30 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin İxtisas Fortepiano kafedrasında III təhsil ili tələbələrinin Ansambl ifaçılığı fənni üzrə aralıq imtahanı keçirilib.
İmtahanda komissiya üzvləri qismində Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi, İxtisas Fortepiano kafedrasının müdiri Samirə Aşumova, baş müəllim Könül Axundova və müəllim Cəmilə Əmirova iştirak ediblər.
İmtahan zamanı tələbələrin ansambl ifaçılığı üzrə hazırlıq səviyyəsi, musiqi əsərlərinin ifa xüsusiyyətləri, tərəfdaşlarla qarşılıqlı musiqi əlaqəsi və ifaçılıq bacarıqları qiymətləndirilib.


