16 iyun 2026-cı il
16 iyun 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xor-dirijorluğu kafedrasının IV kurs tələbələrinin Dövlət İmtahanı keçirilmişdir.
Dövlət imtahanında komissiyanın sədri Azərbaycan Respublikasının Əməkdar artisti Vaqif Məstanov olmuşdur.
İmtahan prosesində Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Eyyub Quliyev, BMA-nın “Xor-dirijorluğu” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Gülbacı İmanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova, Əməkdar müəllim, dosent Aqil Qafulov iştirak etmişlər.
İmtahan zamanı tələbələrin dirijorluq hazırlığı, peşəkar bilik və bacarıqları üzrə əldə etdikləri nəticələr komissiya üzvləri tərəfindən qiymətləndirilmişdir.
Dövlət imtahanının nəticələri tələbələrin peşəkar hazırlıq səviyyəsini nümayiş etdirmiş, gələcək fəaliyyətləri üçün mühüm mərhələ olmuşdur.
Tələbələrimizi uğurla başa vurduqları dövlət imtahanı münasibətilə təbrik edir, gələcək yaradıcılıq və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

