• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 iyun 2026-cı il

    16 və 19 iyun tarixlərində Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının IV tədris ili tələbələrinin yekun buraxılış imtahanları keçirilmişdir.

    İmtahan Komissiyasının sədri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artisti Aleksey Miltıx olmuşdur. Komissiya sədrinin katibi vəzifəsini Əməkdar incəsənət xadimi, İfaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə icra etmişdir.
    İmtahan Komissiyasının tərkibinə Simli alətlər kafedrasının müdiri, Xalq artisti, professor Şəhla İbrahimova, kafedranın professoru Hökümə Əliyeva və Əməkdar artist Bəxtiyar Axundov daxil olmuşlar.
    Yekun buraxılış imtahanlarında tələbələrin peşəkar ifaçılıq bacarıqları, musiqi interpretasiyası, texniki hazırlıq səviyyəsi və səhnə mədəniyyəti qiymətləndirilmişdir.