• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17-18 iyun 2026-cı il

    17-18  iyun 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “ Fortepiano” faküktəsinin IV kurs tələbələrinin Dövlət İmtahanı keçirildi.

    İmtahan prosesində BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi, imtahan komissiyasının sədri Əməkdar müəllim, professor Məmməd Quliyev, “İxtisas fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova, dosent Züleyxa Abdulla iştirak etmişlər.

    İmtahan zamanı tələbələrin ifaçılıq bacarıqları  komissiya üzvləri tərəfindən qiymətləndirilmişdir.

    Dövlət imtahanının nəticələri tələbələrin peşəkar hazırlıq səviyyəsini nümayiş etdirmiş, gələcək fəaliyyətləri üçün mühüm mərhələ olmuşdur.

    Tələbələrimizi uğurla başa vurduqları dövlət imtahanı münasibətilə təbrik edir, gələcək yaradıcılıq və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.