• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2023-cü il

    2 iyun 2023-cü il  tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera  studiyasının səhnəsində  “Solo oxuma və Opera hazırlığı” kafedrasının tələbələrinin dövlət imtahanı keçirildi.

    Qeyd edək ki, dövlət imtahanında C.Verdinin “Traviata” və G.Donisettinin “Don Paskuale” əsərləri səhnələşdirildi.

    Tamaşanın dirijoru Xalq artisti Cavanşir  Cəfərov, rejissoru Əməkdar artist Nicat Kazımov, konsertmeyster Nabat Bağırova idi.

    C.Verdinin “Traviata” əsərindəki Violetta Valeri – IV kurs tələbələri Atefe Qarabaği, Nailə Xasıyeva,  Alfredo Jermon – IV kurs tələbəsi Emin İsmayılov, Markiz – IV kurs tələbəsi Nazim Mahmudov, Corc Jermon – Opera və Balet teatrının solisti, Əməkdar artist Anton Ferştandt, Flora, Anina – Opera studiyasının solisti Yelena Sarafanova,  Baron – II kurs tələbəsi Kənan Rəhmanzadə, Qaston – II kurs tələbəsi Səməd Novruzov, G.Donisettinin “Don Paskuale” operasını isə Don Paskuale – IV kurs tələbəsi Nazim Mahmudov, Doktor Malatesta (Opera və Balet teatrının solisti Mahir Tağızadə) ifa edərək obrazı yüksək peşəkarlıq ilə canlandırdılar.

    Bununla yanaşı statislər və xor qismində  Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Nəsibə Canəliyeva, Rəvan Hüseynov, Hüseyn Bayramov, İradə İsayeva, Sara Tağızadə iştirak etdilər.  

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və Opera hazırlığı” kafedrasının tələbələrinin dövlət imtahanı uğurla başa çatdı.