“MOTSART DÜHASI – 270” RESPUBLİKA MÜSABİQƏSİ
![]() |
İŞTİRAKÇININ ƏRİZƏ-ANKETİ |
“Təsdiq edirəm”
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
rektoru, professor
Fərhad BƏDƏLBƏYLİ
05 yanvar 2026-cı il
Volfqanq Amadey Motsartın anadan olmasının
270 illiyinə həsr olunur
“MOTSART DÜHASI – 270” RESPUBLİKA MÜSABİQƏSİ
Təsisçilər:
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
BMA-nın İxtisas musiqi məktəb-studiyası
ƏSASNAMƏ
Müsabiqə Vyana klassik məktəbinin parlaq nümayəndəsi – Volfqanq Amadey Motsartın anadan olmasının 270 illik yubileyi münasibətilə keçirilir.
Müsabiqənin məqsədi – bütün dövrlərin dahi və əbədiyaşar bəstəkarı V.A.Motsartın zəngin yaradıcılıq irsinin dərindən mənimsənilməsi və geniş şəkildə təbliğidir. Sözügedən müsabiqə gənc musiqiçilərin Motsart dühasına xas yaradıcılıq prinsipləri, bədii-emosional ifadə vasitələri və estetik dəyərlərini mənimsəyərək, bu irsi klassik ifaçılıq ənənələri çərçivəsində qoruyub yaşatmalarına yönəlmişdir.
Müsabiqə həm də gənc nəslin Vyana klassik məktəbinin universal və zamansız dəyərlərini kəşf etməsinə imkan yaradır.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
1. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) aşağıda qeyd olunan nominasiyalar üzrə keçirilir:
- Fortepiano
- Simli alətlər
- Nəfəs və zərb alətləri
- Vokal
2. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş “YouTube” saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. İfanın videoçəkilişi əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. İfa zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
II mərhələdə münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.
3. Proqramın ifa reqlamenti 15 dəqiqəyə qədərdir.
4. Bütün notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir.
5. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Motsart dühası – 270” Respublika müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə isə “Motsart dühası – 270” Respublika müsabiqəsinin diplomantı adı verilir.
6. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
7. İştirakçıların müəllimləri və onları müşayiət edən konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilati məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
8. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib olmayan iştirakçılara heç bir sənəd verilmir.
MÜSABİQƏNİN PROQRAMI
FORTEPİANO, SİMLİ, NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ NOMİNASİYALARI
İştirakçı üç əsər ifa etməlidir:
1. Volfqanq Amadey Motsartın yaradıcılığına aid 1 əsər (sonata, sonatina, fantaziya, variasiyalar).
Qeyd:. Reqlamentə uyğun olaraq sonata və sonatinanın I və ya II – III hissələri, yaxud bütün hissələri ifa olunmalıdır.
2. Azərbaycan bəstəkarlarının əsəri (sərbəst seçim).
3. Etüd.
VOKAL NOMİNASİYASI
İştirakçı üç əsər ifa etməlidir:
1. Volfqanq Amadey Motsartın yaradıcılığına aid 1 əsər.
2. Azərbaycan bəstəkarlarının əsəri.
3. Vokaliz.
MÜSABİQƏNİN YAŞ QRUPLARI
(iştirakçının yaşı müsabiqənin başlanma tarixi ilə müəyyən olunur)
I qrup – 8 – 12 yaş (vokal üzrə 10 – 12 yaş)
II qrup – 13 – 16 yaş
III qrup – 17 yaş və yuxarı
MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ
SƏNƏDLƏR
4. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə).
5. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
6. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
7. Fotoşəkil.
8. Bütün notların surəti (kseroks).
9. “YouTube” saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına yerləşdirilməlidir).
Qeydlər:
– Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, adı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
– Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmasa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
– II mərhələdə iştirak etmək hüququ qazanmış iştirakçılar 35 manat məbləğində ödəniş etməlidirlər.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər 2026-cı il aprel ayının 5-nə qədər (qeyri-iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.
MÜSABİQƏNİN TARİXİ:
6 – 15 aprel (I mərhələ), 4 – 12 may (II mərhələ)
SƏNƏD QƏBULU: 5 aprel 2026-cı il tarixinə qədər
(qeyri-iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
