• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “4SİAkademiyası” çərçivəsində Milli Proqrama

    Diqqət!!!

    İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu dünyanın aparıcı onlayn təhsil platforması olan “Coursera” ilə birgə “4SİAkademiyası” çərçivəsində Milli Proqrama start verirlər. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir. Proqram çərçivəsində, “Coursera” platformasında 8000-dən çox kurs tamamilə ödənişsiz istifadəçilərə təqdim olunur. Platformada 2500 kurs süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı, ən çox tələb olunan 10 kurs isə səsli formada dublyaj edilərək istifadəyə veriləcək. Yaşından və iş yerindən asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı mərhələli şəkildə 6 həftəlik lisenziyalarla bu proqramdan istifadə edə bilər. Proqrama qatılmaq üçün Qeydiyyat formu - https://form.4sim.gov.az/ Milli Proqram çərçivəsində təqdim olunan kurslar dünyanın 300-dən çox tanınmış universiteti və aparıcı şirkətləri tərəfindən hazırlanıb. İstifadəçilər süni intellekt, data analitikası, blokçeyn, əşyaların interneti, kibertəhlükəsizlik, biznes və layihələrin idarəolunması, maliyyə, kənd təsərrüfatı və bir çox sahədə biliklərini artıra biləcəklər.