• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İslam Dünyası gənc klassik musiqi ifaçılarının 12-ci Beynəlxalq müsabiqə

    Müsabiqəsinin iştirak ərizəsi

    İslam Dünyası gənc klassik musiqi  ifaçılarının  12-ci  Beynəlxalq  müsabiqəsinin

    Ə s a s n a m ə s i

    Bakı şəhəri. Azərbaycan

    01-07 oktyabr, 2024- cu il.

    I. Müsabiqənin məqsəd və vəzifələri:

    1. Gənc istedadların aşkar edilməsi.

    2. Beynəlxalq təcrübə və fikir mübadiləsi.

    3. Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürün yaradılması.

    4. Multikultural Qərb–Şərq dialoqu çərçivəsində İslam ölkələrinin gənc istedadlarının cəlb edilməsi və musiqi sənəti sahəsində professional bacarıqlarının artırılması.

    II. Müsabiqənin təsisçi və təşkilatçısı:

    “Kainat” Gənclik Mərkəzi.

    Dəstəkləyənlər:

    • AR Gənclər və İdman Nazirliyi
    • AR Mədəniyyət Nazirliyi
    • Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
    • İnformasiya dəstəyi Azərbaycan Dövlət Televiziyası (AzTV)

    Təşkilat komitəsinin sədri – “Kainat” Gənclik Mərkəzinin  direktoru – Kamran  Rahib oğlu Rəsulzadə.

    Beynəlmiləl münsiflər heyətinin sədri – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, AR Xalq artisti, professor– Yeganə Əsgər qızı Axundova.

    III. Tarix və keçiriləcəyi yer:

    Bakı şəhəri, 01-07 oktyabr 2024-ci il.

    Bakı Musiqi Akademiyasının Böyük Konsert zalı.

    Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır.

    Təşkilat Komitəsi 2024-ci ilin iyul ayının 22-dən öz işinə başlayır.

    IV. İştirakçılardan tələb olunanlar:

    Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. Ərizələri qəbul edilmiş hər bir ifaçı, yalnız cədvəl üzrə təyin ediləcək gün və vaxt ərzində dinləmələrdə iştirak edə bilər. Müsabiqədə ifa olunan proqram, sənədlərlə bərabər göndərilməlidir. İfaçı tərəfindən təqdim olunan əsərlər müsabiqənin əsasnaməsinə uyğun olmalıdır, əks halda iştirakçının çıxışı müsabəqədən kənar hesab olunacaq.

     

    Yaş qrupları:

    Kiçik qrup – 15 yaşadək.

    Böyük qrup – 16-20 yaş arası.

    Musiqi əsərlərinin (3 əsər)  həcmi :

    kiçik qrup üçün  - 15 dəqiqəyə qədər,

     böyük qrup üçün -  20 dəqiqəyə qədər nəzərdə tutulub.

    İştirakçılar təklif olunan reqlamentə mütləq riayət etməlidirlər.

    Tələb olunan repertuar:

    Fortepiano ixtisası üzrə:

    Polifonik əsər,

    Dünya klassik bəstəkarlarının musiqi əsəri

    Azərbaycan bəstəkarının əsəri

     

    Orkestr alətləri ixtisası üzrə:

    Dünya klassik bəstəkarlarının musiqi əsəri  -2əsər

    Azərbaycan bəstəkarının əsəri – 1 əsər

     

    İştirakçıların nəzərinə:

    Müsabiqənin iştirakçıları yalnız öz musiqi alətləri ilə çıxış etməlidirlər. İştirakçılar musiqi əsəri seçimində sərbəstdir. Lazım olduqda, təşkilat komitəsi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını konsertmeysterə təqdim etməyə hazırdır. İştirakçı yalnız müraciət ərizəsində sifariş edilən əsərləri notsuz, əzbər ifa etməlidir. (ansambl ifalar istisna olmaqla) İştirakçılar ifa edəcəkləri əsərlərin notlarını təşkilat komitəsinə 10.09.2024-cü ilədək təqdim etməlidir. Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər.  Qeyd olunan bu müsabiqədə əvvəlki illərdə qalib yeri tutan, laureat olan ifaçı yenidən müsabiqəyə qatıla bilməz. Fonoqramın istifadəsinə icazə verilmir.

     ( http://e-library.musigi-dunya.az/library_az.html )

    Nominasiyalar:

    1. Piano solo;

    2. Simli alətlər solo;

    3. Nəfəs alətləri solo.

     V. Mükafatlandırma:

    Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və müsabiqəyə qatılacaq xarici ölkələrdən gəlmiş sənət adamlarından ibarət olacaq.

    Mükafatlara  layiq görülənlər arasında yerlərin bölüşdürülməsi münsiflər heyətinin iştirakçılar tərəfindən proqram boyu topladığı ballara görə, imzalanmış protokollar əsasında aparılacaq. Münsiflər heyəti yerlərin bölünməsi qərarı ixtiyarındadır.

    Balların hesablanması müsabiqə boyu tövsiyə olunan meyarlara uyğun olaraq, münsiflər heyətinin hər bir üzvünün maksimal 10 bal təsis etmək hüququ var. Çıxışların qiymətləndirilməsi hər yaş qrupuna müvafiq olaraq ayrıca aparılacaq.

    Münsiflərin qərarı müsabiqənin son mərhələsində elan ediləcəkdir. Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.

    Münsiflər heyəti  diplomların və mükafatlarının sayını təsisi  hüququnu özündə saxlayır.

    Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:

    • Qran Pri
    • 1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə).
    • müsabiqədə uğurlu iştirakına görə diplomlar.
    • Müxtəlif nominasiyalar üzrə sertifikatlar (fortepiano, simli və nəfəs alətləri)

         Dəyərləndirmə meyarları:

    • İfaçılıq bacarığı (səsləndirmə, texnika, ritmika, alətlə rəftar, ifaçılıq dinamikası);
    • Repertuar mürəkkəbliyi;
    • Səhnə mədəniyyəti (səhnə mədəniyyəti, ifa mədəniyyəti).

     

    1. Müsabiqənin keçirilmə qaydaları:

    Müsabiqə  bir  turda keçiriləcək. Bütün iştirakçılar çıxışlarını təqdim edilmiş ərizələr və cədvəl üzrə münsiflər heyətinin diqqətinə təqdim edəcəklər.  Münsiflər heyətinin qərarı ilə qala konsert üçün çıxışçılar  qaliblər arasından seçilir.

     

    VI. Maliyyələşmə qaydaları:

    Müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları da iştirak edə bilərlər. Müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər.

    Təşkilat Komitəsi iştirakçılar üçün üzvlük haqqı müəyyən etmir.

    Təşkilat Komitəsinə foto-şəkil, şəxsiyyəti təsdiq edən sənəd, ərizə anket mütləq (ərizə-anket mütləq doldurulmalıdır) təqdim olunmalıdır.

    ÜNVAN: AZ1000.Azərbaycan Respublikası. Bakı şəhəri. Xəqani küçəsi 31/18.

              Telefon: +99412 493 03 81

    Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   (bütün tələb olunan sənədləri, ərizə-anketi və proqramı bu elekton ünvana göndərməniz xahiş olunur)

    Xarici qonaqlar üçün müsabiqə çərçivəsində geniş mədəni proqramın təşkili iş qrafikinə daxil edilib.

    QEYD:  Tərəflərin bütün yenilik və əlavələr haqqında iştirakçı tərəflərə 15 gün əvvəl məlumat veriləcək. 

    “Təşkilat Komitəsi”