• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ruslan Əkrəm oğlu Tağıyevin “Bayatı-şiraz muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında  sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

     

    29 mart 2024-cü il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Ruslan Əkrəm oğlu Tağıyev tərəfindən 6213.01 – “Musiqi sənəti” ixtisasında  sənətşünaslıq üzrə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bayatı-şiraz muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətlərimövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında təşkil olunacaqdır.

    Tarix: 29 mart 2024, saat 12:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

    https://us02web.zoom.us/j/6769009462?pwd=amU4ZS9JUElMbnFiajhVeWIzNHV4dz09&omn=84373623629

     

    Müdafiənin identifikatoru: 676 900 9462

    Giriş kodu: 123456