• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məktəb-studiya şagirdlərinin Ulu Öndərin 100 illiyinə həsr olunmuş konserti keçiriləcək

     

    Mütəmadi olaraq innovativ layihələri ilə çıxış edərək, Azərbaycan musiqi elmi və mədəniyyəti istiqamətində xidmət göstərən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası 8 iyun 2023-cü il tarixində BMA-nın Böyük zalında Ulu Öndər Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş konsertin keçirilməsini nəzərdə tutub.

    Konsertdə məktəb-studiyanın müxtəlif sinif və ixtisaslar üzrə təhsil alan şagirdləri çıxış edəcəklər.

    Xüsusilə qeyd olunmalıdır ki, bu konsertdə məktəb-sudiyanın şagirdləri ilə yanaşı həmin müəssisənin təcrübəçi tələbələri də konsertmeyster qismində çıxış edəcəklər.

    Əsası görkəmli musiqi xadimi, professor Tərlan Seyidov tərəfindən qoyulmuş BMA-nın Orta ixtisas musiqi-məktəb-studiyası 40 illik fəaliyyəti boyunca daim çalışmışdır ki, Azərbaycan musiqi mədəniyyətinə yalnız peşəkar təhsilə yiyələnmiş musiqiçilər bəxş etsin.

     

    Üzeyir Hacıbəyli adına BMA-nın

    Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi

    Hacıyeva Şəfəq