• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Fikrət Əmirov 100”

    24 dekabr 2022-ci il tarixində saat 10.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fikrət Əmirovun  100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı və kiçik  yaş qrupu üzrə müsabiqənin əsas dinləyişi keçiriləcəkdir.

    27 dekabr 2022-ci il tarixində saat 10.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin böyük  yaş qrupu üzrə müsabiqənin əsas dinləyişi keçiriləcəkdir.

    “Fikrət Əmirov- 100” Gənc pianoçuların  Respublika Müsabiqəsinin bədii rəhbəri Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli,

    Münsiflər heyətinin sədri-Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəlzadə,

    Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovadır.