• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nərgiz Çingiz qızı Əliyeva “Azərbaycan bəstəkarlarının müasir yazı texnikasının taxta nəfəs alətinin ifaçılıq xüsusiyyətlərinə təsiri” namizədlik dissertasiyasının Elmi seminarı

     

    30 iyun 2021-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – Musiqi sənəti ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Nərgiz Çingiz qızı Əliyeva tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan bəstəkarlarının müasir yazı texnikasının taxta nəfəs alətinin ifaçılıq xüsusiyyətlərinə təsiri” mövzusunda dissertasiya işinin müzakirəsi seminarın elmi katibi və rəyçilərin səhhətində yaranan problemlə əlaqədar təxirə salınaraq sentyabr ayına keçirilir.

    Tarix: 30 iyun 2021, saat 12:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

    https://us02web.zoom.us/j/85995631800?pwd=NEtHUmN6dEZZS2YraDErUDVwRm12Zz09

    Идентификатор конференции: 859 9563 1800

    Код доступа: 123456