“Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi” adlı vebinar
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın icrası çərçivəsində “Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi” adlı vebinar 20.11.2020 tarixində saat 11:30-da Zoom proqramı vasitəsi ilə keçiriləcəkdir.
Webinarda mövzu üzrə çıxışçılar: Azərbaycan Respublikası Təhsil Nazirliyi
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi/Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Direktoru, "EkoSfera" Sosial-Ekoloji Mərkəzi (QHT) Rəhbəri, Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünaslıq Fakültəsi, Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və
Ekoloji siyasət şöbəsinin məsləhətçisi Suqra İbrahimli.
Giriş sözü ilə vebinarın icraçısı Azərbaycan Resublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova çıxış edəcəkdir.
Webinarda ümumi 55 nəfər olmaqla Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin professor, müəllim və tələbə heyəti dinləyici qismində iştirak edəcəklər.
Moderator: Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Röya Hüseynova
Zoom konfransına qoşulmaq üçün keçid:
https://us04web.zoom.us/j/77365281108?pwd=Uk9IdlJWMloyRy83dlY1WE1DRDl1Zz09
Keçidlə çətinlik yarandığı halda aşağıdakı identifikator nömrəsi və icazə kodundan istifadə edə bilərsiniz:
İdentifikator: 773 6528 1108
İcazə kodu: w0EDwk