• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Macarıstanın Frans List Musiqi Akademiyasının professoru, pianoçu Andre Hegedüs tərəfindən master klass keçiriləcəkdir

    Andre Hegedüs beynəlxalq arenada tanınmış piano ifaçısıdır. O, 1980-ci ildə Frans List Musiqi Akademiyasından məzun olmuşdur. 1999-cu ildən etibarən Akademiyanın professoru kimi fəaliyyət göstərir.
    20-ə yaxın beynəlxalq müsabiqələrdə iştirak etmiş, İtaliyada Monzada baş tutmuş müsabiqədə və Morkonda keçirilmiş Raxmaninov müsabiqəsində birinci yerə və müxtəlif mükafatlara layiq görülmüşdür.
    Andre Hegedüs Macarıstanda 2000-ci ildə Dövlət Frans List Mükafatına layiq görülmüşdür. Çox geniş konsert fəaliyyəti, həmçinin musiqi və auditoriya arasında harmoniya yaratmaq bacarığına görə Macarıstanın Prezidenti Ferenc Madl tərəfindən Andre Hegedüs Xidmətlərinə görə Macarıstan Respublikasının Prezidentinin Fəxri medalı ilə təltif edilmişdir.
    Andre Hegedüs mütəmadi olaraq Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Rusiya, Kanada, ABŞ və s. ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.
    14 dekabr 2018-ci il tarixində saat 11:00-dan 14:00-a kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında Macarıstanın Frans List Musiqi Akademiyasının professoru, pianoçu Andre Hegedüs tərəfindən master klass keçiriləcəkdir.