• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Yeva Poblotska  BMA-nın Fortepiano fakültəsinin tələbələrinə ustad dərsləri keçəcəkdir

     

    Yeva Poblotska Versal (1977), Bordo (1979) və Varşava (1980) beynəlxalq piano müsabiqələrinin laureatıdır. Bir sıra Avropa ölkələrində, Amerikada, Çin, İndoneziya, Vyetnam, Sinqapur, Koreya, Yaponiya və s. ölkələrdə çıxış etmişdir. Yeva Poblotska bir çox müasir Polşa bəstəkarlarının əsərlərini solo ifa etmişdir.

    Hal-hazırda Bydgoszcz Musiqi Akademiyasında və Varşavada F. Şopen Universitetində müəllimlik fəaliyyəti ilə də məşğuldur.

    Yeva Poblotska Kanadada, Koreyada, Yaponiyada, Monqolustanda, İrlandiyada musiqi təhsili müəssisələrinin tələbələrinə ustad dərsləri keçmişdir.

    2004-cü ildə Yeva Poblotska Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyinin illik mükafatına layiq görülmüşdür.

    15 noyabr 2018-ci il tarixində Yeva Poblotska Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında BMA-nın Fortepiano fakültəsinin tələbələrinə ustad dərsləri keçəcəkdir.