• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2022-ci il 

    31 may 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı idman yarışlarının təltif olunma mərasimi keçirildi.

    Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, "Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev,  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATU-nin "Təbib" idman klubunun sədri Qələndər Aslanov və digər şəxslər iştirak etdilər.

    Mayın 28-dən 30-dək keçirilən idman yarışlarında 10 ali təhsil müəssisəsinin komandaları iştirak etdilər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, stritbol, voleybol (oğlanlar), voleybol (qızlar) idman növləri üzrə öz güclərini sınadılar.

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından isə 29 may 2022-ci ildə   şahmat üzrə Əliyev Elvin, Cumayev Sadəddin, Kazımov İbrahim, Qulamova Ləman, İsmayılova Gülcan iştirak etdilər  və Təşəkkürnamə ilə təltif olundular.