• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Görkəmli bəstəkar Cövdət Haciyev - 100" elmi-nəzəri konfrans.

    8 iyun 2017-ci il.

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın dahi bəstəkarı, Xalq artisti, professor C.Hacıyevin 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

    Konfransı BMA-nın rektoru, Xalq artisti, professor F. Bədəlbəyli giriş sözü ilə açıq elan etdi.

    Cənab rektor çıxışında görkəmli bəstəkar C.Hacıyev dühasının aliliyindən, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və onun əvəzolunmaz şəxsiyyətindən danışdı.  

    8 iyunda baş tutan tədbirdə C.Hacyevin övladları İsmayıl və Mikayıl Hacıyevlər də iştirak etdilər. Musiqiçi Mikayıl Hacıyev öz atası, xalqın unudulmaz bəstəkarı C.Hacıyevlə bağlı xatirələrini yad edərək, iştirakçılarla onun həyat və yaradıcılıq yolu haqqında maraqlı faktları bölüşdü.

    Ardından konfrans iştirakçıları, BMA-nın müəllim və tələbə heyəti mövzu ilə bağlı məruzələrlə çıxış etdilər.

    Tədbirin davamında BMA-nın tələbəsi, gənc pianoçu Vüsalə Babayeva C. Hacıyevin “Musiqi lövhələri”  məcmusundan bir neçə nömrə ifa etdi. Konfransın sonlarına doğru gənc və istedadlı pianoçu Pərviz Məmmədov görkəmli bəstəkar Fikrət Əmirovun “Mən səni araram” əsərinin motivləri əsasında jazz improvizə səsləndirdi.