• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Səmədov Şükür Hacıbala oğlu

    Dosent, Xalq artisti

    Səmədov Şükür Hacıbala oğlu1965-ci il Şabran rayonunda anadan olub.

    1982-1989-cu illərdə klarnet ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1983-1985-ci illərdə ordu sıralarında Moskva şəhərində hərbi orkestrdə qulluq edib.

    1986-cı ildən Azərbaycan Dövlət Opera teatrının simfonik orkestrində 1998-ci ildən isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrində klarnet qrupunun konsertmeysteridir. 2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin direktorudur.

    2002-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir 2014-cü ildən nəfəs və zərb alətləri kafedrasının dosentidir.
    Azərbaycan Dövlət Respublikasının prezidentinin fərmanı ilə 2002-ci ildə Respublikanın əməkdar artisti, 2005-ci ildən isə xalq artisti fəxri adlarına layiq görülüb.