• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 yanvar 2021-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası  “Solo oxuma və opera hazırlığı”  kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Məmmədova Güllübəyim Abı qızı 10 yanvar 2021-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində təşkil olunan “Astana stars”  VI Beynəlxalq online festival-müsabiqədə çıxış etmişdir.

    Bu festival çərçivəsində “Рождественские звезды” adlı müsabiqədə  akademik  vokal ifaçılığı üzrə  Qran-Pri  mükafatına layiq görülmüş, eləcədə münsiflər heyyəti onun çıxışını yüksək dəyərləndirərək  “Təşəkkürnamə” ilə təltif etmişlər.Eləcədə, Bakı Musiqi Akademiyasının konsertmeysteri  Babayeva Vüsalə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

    Məmmədova Güllübəyim  həmçinin 3 fevral 2021-ci il tarixində İspaniyada  təşkil olunan “Online Wave” müsabiqəsində  akademik vokal ifaçılığı üzrə çıxış edərək 1yerə  layiq görülmüşdür.