• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 dekabr 2020-ci il

    Qızıl əllərdən ruha süzülən sənət – Eyyub Quliyev

    Nadirlı Səma

    Tarixi-nəzəriyyə fakültəsi

    Musiqişünas ixtisasının III kurs

    Qızıl əllərdən ruha süzülən sənət – Eyyub Quliyev.

    Tanınmış musiqiçi, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, respublikamızın əməkdar artisti Eyyub Quliyev uğurlu çıxışları ilə mədəniyyətimizə bir çox nailiyyətlər bəxş etmişdir. O, 1984-cü il Bakı şəhərində,  Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm yer tutmuş Qarabağ ifaçılıq məktəbinin  görkəmli nümayəndələrindən Ramiz Quliyevin ailəsində dünyaya göz açmışdır. Sanki, musiqiçilərin məhz Qarabağ torpağında dünyaya göz açması onların taleyini əvvəlcədən müəyyən etmişdir. Musiqi mədəniyyətimizi bir sıra nailiyyətlərlə zənginləşdirən bu məktəbin təsiri Quliyevlər ailəsindən də yan keçmir. Evlərində hökm sürən yaradıcı və intellektual atmosfer kiçik yaşlarından Eyyubun mənəvi dünyasına dərindən nüfuz etmişdir. Musiqi təhsilini ilk öncə atası Ramiz Quliyevdən almış, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində və Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir. Musiqiyə olan sevgisi nəticəsində  15 yaşlı Quliyev  Bakı Musiqi Akademiyasının Xor dirijorluğu və xalq çalğı alətləri fakültəsinə daxil olur. Təhsil aldığı müddət ərzində o, “Bakı Gənclər simfonik orkestr”inin dirijoru kimi müxtəlif konsert proqramları ilə çıxış edir.

    Davamlı yaradıcılıq axtarışında olmaqla, daha da böyük uğurlar və yaradıcılıq nailiyyətlərrinə çatmaq üçün gənc dirijor ölkə xaricində təhsilini davam etdirir. 2005-2007-ci illərdə N.A. Rimski-Korsakov adına Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu üzrə təhsil alır. Bu illər ərzində bir çox beynəlxalq mükafatlara layiq görülür. Belə ki, 2006-cı ildə Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən “Uğur 2006”, 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zirvə”, D. Mitropulos adına drijorların lX beynəlxalq müsabiqəsində “Orkestrin xüsusi mükafatı”, 2009-cu ildə Sankt-Peterburq şəhərində keçirilən “Musiqi Olimpi” XlV Beynəlxalq Musiqi Festivalının təsis etdiyi  “Dinləyici simpatiyası” mükafatıyla təltif olunur.

    2011-ci ilin yanvar ayında Eyyub Quliyev Azərbaycan Akademik Opera və Balet Teatrına drijor təyin edilir.  Həmin ilin aprelində isə Toskanini Filarmonik orkestrı onun rəhbərliyi altında İtaliya və İspaniyada silsilə konsertlərlə çıxış edir.

    Eyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak edir. O, Raxmaninov Beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlı idi. E. Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir. Həmin ildən o, Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunur. Onun bu kollektiv ilə əməkdaşlığı yaradıcılıq fəaliyyətində mühüm mərhələni təşkil edir.

    2014-ci ildə Belarus Dövlət Akademik Opera və Balet Teatrının dəvətli drijoru kimi fəaliyyət göstərməyə başlayır. Həmin ildə “Türksoyun” medalı, 2015-ci ildə “Humay” mükafatı, 2017-ci ildə Hamburqda keçirilən “Debut in der Laeiszhalle” Beynəlxalq müsabiqəsində ll yer ilə təltif olunur. Bununla yanaşı, Qırğızıstan Prezidenti və Mədəniyyət Nazirinin eləcə də Belarus Opera teatrının fəxri diplomuna layiq görülür.

    Müxtəlif illər ərzində E. Quliyev bir çox ölkələrin tanınmış orkestrlərinə dirijorluq etmişdir:   İngiltərədə “Kral Filarmonik Orkestri” , Avstriyada “Vyana Kamera Orkestri”, ABŞ-da “Olimpia Orkestri”, Yunanıstanda “Rənglər Simfonik Orkestri”, Macarıstanda “Dunay Orkestri”,  Xorvatiyada “Zagreb Filarmonik Orkestri” Çexiyada “Şimali Bohemiya Filarmonik Orkestri” və.s ilə əməkdaşlığı onun yaradıcılıq yolunda uğurla irəliləməsi üçün böyük addım olmuşdur.

    1. Quliyev dünya musiqi ifaçılığının tanınmış nümayəndələrindən Dmitri Alekseyev, Zaxar Bron, Nikolay Luqanski, Robert Kabara, Kristof Barati və başqaları ilə beynəlxalq layihə və konsertlərdə iştirak etmişdir. Bu Azərbaycan mədəniyyətinin böyük bir uğuru hesab edilə bilər. Elə məhz E. Quliyev də yaradıcılığı boyu Azərbaycan musiqi mədəniyyətini beynəlxalq səviyyədə təmsil və təbliğ etmək məqsədinə xidmət edir.

    Dirijor özü müsahibələrinin birində qeyd edir: “ Öz konsertlərimə bizim əfsanəvi bəstəkarlarımızın əsərlərini əlavə etmək mənim əsas tapşırığımdır. Bu da ki, ölkə incəsənətinin təbliğatı deməkdir. Bu həm də mənim vətəndaş mövqeyimdir, çünki dünyanın hansı nöqtəsində olursaq olaq, öz xalqımızın adını təmsil edirik, orada xaricilər bizim ölkəmiz və xalqımız barədə nəticələr çıxarırlar. Əlbəttə, müəyyən qüvvələr var ki, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər Azərbaycan bəstəkarlarının prestijli musiqi zallarında səslənməsinə əleyhinədirlər, ancaq biz bu baryeri aşmağa müvəffəq oluruq”.

    1. Quliyevin peşəkarlığı dövlət tərəfindən yüksək qiymətləndirilir. 2017-ci ildə gənc dirijora Azərbaycan Respublikasının Əməkdar artisti adı verilib. 2018-ci ildə onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktoru vəzifəsinə təyin olunması musiqisevərlər tərəfindən böyük sevinclə qarşılanır.

     

    Ədəbiyyat siyahısı:

    https://muzkarta.info/novost/eyyub-kuliyev-naznachen-glavnym

    Эйюб Кулиев / Биография и фильмография – Россия (tvkultura.ru)

    https://www.kaspiy.az/news.php?id=2628

    www.mariinsky.ru › Эйюб Кулиев – Мариинский театр