• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27-31 mart 2019-cu il

    27-31 mart 2019- cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbəsi Tağızadə Mahir (bariton) Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalında iştirak edərək III yerə layiq görülüb.

    Müəllim dosent Svetlana Mirzoyeva və əməkdar artist Səbinə Əsədova.
    Qeyd edək ki, Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalının münsiflər heyəti qismində SSRİ xalq artisti, professor Bibigül Axmetovna Tulegenova, Qazaxıstan və Tatarıstan Respublikasının xalq artisti Nurcamal Usenbaeva, Qazaxıstan Respublikasının Əməkdar İncəsənət xadimi Ulan Kejenbekov, Rusiya Federasiyasının Əməkdar artisti Tatyana Qorbunova, Qazaxıstan Respublikasının Əməkdar artisti Musabaev Talğat təmsil ediblər.
    Təbrik edirik!