• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 iyun 2022-ci il

    21 iyun 2022-ci il tarixində Mərkəzi Karyera Filialında aylıq görüşlər çərçivəsində əyani şəkildə ilk görüş baş tutdu.

    Görüşdə spiker qismində Mingəçevir Dövlət Universitetinin Karyera Mərkəzinin rəhbəri Cəlil bəy və Mərkəzin əməkdaşı İlhamə xanım iştirak etdilər. Onlar Türkiyənin MDU Universitetinin sənayə əməkdaşkığı modeli və MDU-Ankara Qazi Universitetinin Karyera və İnkişaf Mərkəzi ilə birgə təcrübə proqramı üzərindən təcrübələrini bölüşdülər, eyni zamanda İşkurla baş tutan görüşün təfərrüatları haqqında məlumat verdilər.

    Təcrübə və məzunlarla iş şöbəsinin müdiri Anar Seyidov və şöbənin mütəxəssisi İlahə Allahverdiyeva  karyera mərkəzinin əməkdaşları ilə görüş tədbirində iştirak etdilər.